"Yuventus"un hücumçusu Paulo Dibala çempionlar Liqasının qrup mərhələsində Moskva "Lokomotiv"i ilə qarşılaşmanın qəhrəmanı olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı ulduz futbolçu dubla imza ataraq, komandasına 3 xal qazandırıb - 2:1.

Dibala "qoca sinyora"nın heyətində avrokuboklarda qollarının sayını 13-ə çatdırıb. O, bununla Turin təmsilçisində ən çox qol vuran 5-ci oyunçu olub. İndi Dibala yalnız Filippo İnzagi, Mişel Platini, David Trezege və Alessandro Del Pyerodan geri qalır.

Qeyd edək ki, 3 turdan sonra "Yuventus" 7 xalla D qrupuna başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest