Bir müddət əvvəl "Sabah"ın baş məşqçi postuna namizəd göstərilən və paytaxt klubu ilə danışıq apardığını açıqlayan Ümit Özat yeni təklif alıb. 42 yaşlı mütəxəssis karyerasını ölkəsində davam etdirə bilər.

Bir müddət əvvəl "Sabah"ın baş məşqçi postuna namizəd göstərilən və paytaxt klubu ilə danışıq apardığını açıqlayan ümit özat yeni təklif alıb. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, 42 yaşlı mütəxəssis karyerasını ölkəsində davam etdirə bilər.

çünki Samet Aybaba ilə dünən yollarını ayıran "Kayserispor"da ilk hədəf məhz özatdı. Tərəflər arasında artıq ilkin danışıq da olub. özat bu günlərdə klub prezidenti Hamdi Elcumanla bir araya gələrək, keçidi müzakirə edəcək. Rəhbərlik onu həftə sonuna qədər bu posta təyin etmək niyyətindədi.

Qeyd edək ki, ümit özatın son klubu I liqa təmsilçisi "Adana Dəmirspor" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest