04 Noyabr 2019, 10:49
TOP OYUNLARI
Qadınlardan ibarət voleybol millimizin sabiq üzvü Natalya Məmmədova karyerasını yenə ölkə xaricində davam etdirəcək. Matc.az saytı xəbər verir ki, hücumçu bu dəfə çinə köçüb.
Belə ki, 35 yaşlı voleybolçu həmin ölkənin "Liaoninq" klubu ilə anlaşıb. Məmmədovanın yeni komandası ilə müqavilə müddəti 2019-20 mövsümünün sonuna qədər nəzərdə tutulub. Beləliklə, Avropada Rusiya, Türkiyə, İtaliya, İspaniya kimi ölkələrdə çıxış etmiş Natalya bu dəfə Asiya qitəsinə köçüb.
Kişilərdən ibarət Azərbaycan yığmasının voleybolçusu Rəsul İbrahimov da legioner həyatı yaşayacaq. 31 yaşlı hücumçu Səudiyyə Ərəbistanı təmsilçisi "AlSalam"la müqavilə imzalayıb. Onun da sözləşmə müddəti bir mövsümü əhatə edir.