Rusiya Premyer Liqasında qış fasiləsi yaranmamış çempionatın ən uğursuz transferləri ilə bağlı araşdırma aparılıb. Matc.az saytı xəbər verir ki, soccer.ru yayda böyük ümidlərlə heyətə cəlb edilən, lakin komandasına heç cür xeyir verməyən oyunçuların siyahısını dərc edib.

Həmkarlarımızın müəyyənləşdirdiyi siyahıda Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də yer alıb. Yerli KİV yayda "Krılya Sovetov"dan Moskva "Dinamo"suna keçən Şeydayevin ümidləri doğrultmadığını vurğulayıb: "Baş məşqçi ilk turlarda mərkəz hücumçusu tapa bilmədiyi üçün Şeydayevi oynatdı. "Zenit"in yetirməsi fiziki cəhətdən güclü və hündürdü, üstəlik, mövqeyi də dəyişməmişdi. Ancaq zəif təsir bağışladı, heç nə edə bilmədi".

Maraqlıdı ki, siyahıya düşənlər arasında yalnız Şeydayev yay fasiləsində azad agent kimi komandasını dəyişib. "Zenit"in 40 milyon avroluq transferi Malkom, "Dinamo"nun digər oyunçusu Maksimilian Filipp, "Spartak"ın icarəyə götürdüyü Andre Şürrle də zəiflər sırasına salınıb. "10-luq"dakı digər futbolçular isə Quus Til, Reziuan Mirzov (hər ikisi "Spartak"), Tonni Vilena, Kayo (hər ikisi "Krasnodar"), Elmir Nabiullin ("Soçi") və Lukas Santosdu (MOİK).

Qeyd edək ki, Ramil Şeydayevin "Dinamo" ilə müqavilə müddəti mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest