“Napoli” Çempionlar Liqasının qrup mərhələsinin IV turunda doğma meydanda “Zalsburq”la qollu bərabərə qalıb. Matc.az xəbər verir ki, Neapol təmsilçisinin baş məşqçisi Karlo Ançelotti 1:1 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransına gəlməyib.

“Napoli” futbolçularından yalnız Lorenso İnsinye televiziyaya müsahibə verib. Ançelotti və digər futbolçuların bu hərəkətləri “Napoli”nin prezidenti Aurelio de Laurentislə gərginliyin artmasına səbəb ola bilər.

Qeyd edək ki, E qrupunda “Liverpul”, “Genk” və “Zalsburq”la mübarizə aparan “Napoli” 8 xalla 2-ci pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest