UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Atalanta” ilə 1:1 hesablı bərabərliyə razılaşan “Mançester Siti” növbəti itki ilə üzləşib. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər”in start heyətində oyuna çıxan qapıçısı Ederson zədələnərək, meydanı erkən tərk edib. 
 
Onu Klaudio Bravo əvəzləyib. Edersonun zədəsinin ciddi olmadığı, amma vəziyyətinin tibbi müayinədən sonra müəyyənləşəcəyi bildirilir.
 
“Mançester Siti”nin heyətində Edersondan başqa, Emerik Laport, David Silva, Leroy Sane, Aleksandr Zinçenko da zədəlidi.
 
“Mançester Siti” növbəti oyununu İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində, noyabrın 10-da “Liverpul”a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest