İngiltərə çempionatında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytının Premyer Liqanın rəsmi saytına istinadən məlumatına görə, "Lester"in hücumçusu Ceymi Vardi ən yaxşı seçilib.
Geridə qalan ay ərzində 4 qola imza atan forvard karyerası ərzində 4-cü dəfə bu ada layiq görülüb. O, Cek Qriliş ("Aston Villa") və İlkay Gündoğan ("Mançester Siti"), Din Henderson ("Şeffild Yunayted") və Villianı ("çelsi") qabaqlayıb.
Qeyd edək ki, "Lester" hazırda Premyer Liqada 3-cü pillədə qərarlaşır.