İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Vengerin yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, 69 yaşlı fransalı mütəxəssis bundan sonra FİFA-da çalışacaq.
 
O, FİFA-nın dünya futbolunun inkişafı departamentinə direktor təyin olunub. Məlumatı qurumun mətbuat xidməti yayıb.
 
Qeyd edək ki, Venger 22 il çalışdığı London “Arsenal”ından ayrılandan, yəni 2018-ci ildən işsiz idi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest