"Başakşəhər" müqaviləsi cari mövsümün sonunda bitəcək Arda Turanla bağlı qərarını verib. Matc.az xəbər verir ki, klub rəhbərliyi göstərdiyi oyuna görə tənqid olunan 32 yaşlı futbolçuyla yeni müqavilə imzalamamaq qərarı alıb.

Buna səbəb "Barselona"dan icarə əsasında heyətə qatılan futbolçunun yüksək məvacib qarşılığında istənilən oyunu göstərə bilməməsidi. Qış fasiləsində uyğun təklif gələcəyi halda, Ardanın klubdan ayrılmasına icazə veriləcəyi bildirilir.

Qeyd edək ki, 2018-ci ilin yanvarında Kataloniya klubundan icarə əsasında heyətə qatılan futbolçu cari mövsümdə əsas heyətdə meydana çıxmayıb. Arda meydana sonradan daxil olduğu 7 oyunda qol hesabını aça bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest