21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, serbiyalı mütəxəssis 1:0 hesabıyla bitən görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
“Belə oyun gözləyirdik. Rəqib böyük qüvvə ilə müdafiə olunurdu. Əks-hücumlara bel bağlayırdı. Oyundan əvvəl və fasilədə də oyunçulara bildirdik ki, səbrli olmalıyıq. Qol vuracağımız məqamı gözləməliydik. Lazım olan qolu da vurduq. İndi istirahət edib, daha sonra Ukrayna ilə oyuna hazırlaşacağıq. Ehtiyatlı oynamağımıza səbəb, hücumlarımızı fərqli qurmağımız idi. Daha çox cinahlardan hücum edib, qol vurmaq istəyirdik. Bundan əvvəl İsveçrə ilə oyunda da bu halla qarşılaşmışdıq. Tapşırmışdıq ki, yerlə ötürmə edək. Çünki "ikinci mərtəbə"də istənilən səviyyədə ola bilmirik. Ona görə də, futbolçulara daha çox yerlə ötürmə etmələrini tapşırmışdım. Azarkeşlərimizə təşəkkür edirəm. Heyəti müəyyənləşdirərkən hansı oyunçunun hansı klubda olmasına baxmıram. 3 "Sumqayıt"lı bu gün meydana çıxdı. Sumqayıt şəhər stadionu bizi qane edir, yenə burada oynamaq istəyərdik. "Sumqayıt"ın futbolçuları daha çox çalışıb, məni vadar etməlidilər ki, onları stat heyətdə meydana buraxım”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest