Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. Matc.az xəbər verir ki, "Proyssen" klubunun hücumçusu Rüfət Dadaşov heyətdən çıxarılıb.

Buna səbəb onun dünənki məşqdə zədələnməsi olub. Dadaşov AVRO-2020-nin seçmə mərhələsində Uels və Slovakiya ilə son oyunlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, sabah "Bakcell Arena"da Uelsi qəbul edəcək yığmamız noyabrın 19-da Slovakiyanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest