ABŞ prezidenti Donald Tramp "Los-Anceles Leykers"in ulduz basketbolçusu LeBron Ceymsi ölkənin dövlət himni səsləndirilən zaman göstərdiyi davranışa görə kəskin tənqid edib. Matc.az xəbər verir ki, himn zamanı qolf zərbəsi məşqi etdiyi görünən idmançını ölkəyə hörmətsizlikdə günahlandıran Tramp sosial media hesabında kəskin ifadələr işlədib:
"LeBron Ceyms dövlət himnimiz səsləndirilərkən ölkəmizə hörmətsizlik edir! Əvvəldən demişəm ki, ondan heç nə olmaz və o, tam bir rüsvayçılıqdır. LeBron Ceyms Amerika bayrağı və ölkəmizin təmsil etdiyi bütün dəyərlər uğrunda canını fəda etmiş bütün böyük amerikalı döyüşçülərdən və qəhrəmanlardan üzr istəməlidir!"
Qeyd edək ki, Tramp öz paylaşımında təcrübəli basketbolçunun "Filadelfiya" komandasında çıxış etdiyini deyərək, diqqətçəkən bir yanlışlığa da yol verib.






_1614948693.jpg)






