22 Oktyabr 2026, 22:26
FUTBOL
“The Athletic” nəşri 2026-cı il “Qızıl top” mükafatının əsas favoritini müəyyənləşdirmək məqsədilə futbol dünyasının 100 nümayəndəsi arasında sorğu keçirib. Matc.az xəbər verir ki, sorğuda dünyanın müxtəlif ölkələrini təmsil edən futbolçular, menecerlər, məşqçilər, idman direktorları, skautlar, klub prezidentləri və digər rəhbər şəxslər iştirak ediblər.
Nəticələrə əsasən, Münhen “Bavariya”sının və İngiltərə millisinin hücumçusu Harri Keyn 1103 xal toplayaraq birinci yeri tutub.
“The Athletic”in 2026-cı il “Qızıl Top” sorğusunun nəticələri belədir:
- Harri Keyn (“Bayern Münhen”) — 1103 xal
- Lamin Yamal (“Barselona”) — 991 xal
- Kilian Mbappe (“Real Madrid”) — 728 xal
- Maykl Olise (“Bayern Münhen”) — 646 xal
- Lionel Messi (“İnter Mayami”) — 498 xal
- Rodri (“Barselona”) — 481 xal
- Xviça Kvaratsxeliya (PSJ) — 401 xal
- Erlinq Holand (“Mançester Siti”) — 353 xal
- Usman Dembele (PSJ) — 320 xal
- Cud Bellinqem (“Real Madrid”) — 292 xal






_1614948693.jpg)






