O, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.

Azərbaycanın qadın FIFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. Matc.az xəbər verir ki, həmyerlimiz  Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq.
 
Fəridə Lüftəliyeva oktyabrın 25-də Uels - Lüksemburq, 31-də isə Lüksemburq - Gürcüstan qarşılaşmalarını idarə edəcək.
 
Bundan əlavə, referi oktyabrın 28-də Uels - Gürcüstan oyununda dördüncü hakim olacaq.
 
Günlürə Əkbərzadə isə hər üç oyunda köməkçi hakim funksiyasını yerinə yetirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest