22 Oktyabr 2026, 18:40
FUTBOL
“Bavariya”nın hücumameyilli yarımmüdafiəçisi Luis Dias zədə səbəbindən yaşıl meydanlardan uzaq qalacaq. Matc.az xəbər verir ki, bu barədə klub məlumat yayıbıb.
Bildirilir ki, 29 yaşlı futbolçu UEFA Çempionlar Liqasında “Arsenal”a qarşı keçirilən matçda sol bud əzələsindən yırtıq xəsarəti alıb. Tibbi heyətin müayinəsindən sonra kolumbiyalı oyunçunun bir müddət komandaya kömək edə bilməyəcəyi dəqiqləşib.
Klubun ilkin proqnozlarına əsasən, Dias təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.Təcrübəli futbolçunun bu müddət ərzində "Frayburq", "Maqdeburq", "Borussiya" (Dortmund), "Atletiko Madrid", "Maynts" və "Köln"ə qarşı qarşıdan gələn vacib qarşılaşmaları buraxacağı gözlənilir.













