"Həlledici oyunlar öncəsi komandada atmosfer əladı. Əminəm ki, Xorvatiya ilə ən çətin görüşə hazırıq. Rəqib nə qədər güclü olursa-olsun, özümüzü qələbəyə kökləməliyik. Heyətlərində itkilərin olması bizim üçün üstünlük sayıla bilər".

"Həlledici oyunlar öncəsi komandada atmosfer əladı. Əminəm ki, Xorvatiya ilə ən çətin görüşə hazırıq". Matc.az xəbər verir ki, bu sözlər Slovakiya yığmasının hücumçusu Mixal Dyurişə məxsusdu.

31 yaşlı forvard yerli mətbuata açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla keçiriləcək oyunları dəyərləndirib.

"Anortosis"in futbolçusu, xüsusən də, sabah Xorvatiya ilə keçiriləcək qarşılaşmaya köklənməyin vacibliyini vurğulayıb: "Rəqib nə qədər güclü olursa-olsun, özümüzü qələbəyə kökləməliyik. Heyətlərində itkilərin olması bizim üçün üstünlük sayıla bilər. Son addım həmişə ağır olur. Qarşıdakı iki matçda da bu ağır addımı atmalıyıq. Avropa çempionatına vəsiqə qazansaq, bu, ömürlük xatirə olacaq".

Qeyd edək ki, Slovakiya qrupda son oyununu noyabrın 19-da evdə Azərbaycan millisinə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest