Futbol üzrə Aç-2020-nin seçmə mərhələsində 9-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha 8 qarşılaşma baş tutub. 

8-ci turdan Aç-2020-nin əsas mərhələsinə vəsiqəni təmin edən İtaliya millisi səfərdə Bosniya və Herseqovina ilə qarşılaşıb və darmadağınla qalib gəlib və maksimum nəticə ilə davam edir. Finlandiya isə Lixtenşteynlə ev oyunundan qalib ayrılmaqla İtaliyanın ardından qrup ikincisi kimi Aç-2020-yə vəsiqə qazanıb.

F qrupunun lideri İspaniya yığması isə Maltanı sınağa çəkib və 7 cavabsız qola sevinib. İsveç isə Rumıniyaya səfərdə qalib gəlməklə qitə birinciliyinə vəsiqəni təmin edib.

Aç-2020-nin seçmə mərhələsi
15 noyabr

J qrupu

Ermənistan – Yunanıstan 0:1
Qol: Lumnios, 34.

Finlandiya – Lixtenşteyn 3:0
Qol: Tuominen, 21. Pukki, 64-pen; 75.

Bosniya və Herseqovina – İtaliya 0:3
Qol: Açerbi, 21. İnsinye, 37. Belotti, 53.

İtaliya – 27, Finlandiya – 18, Yunanıstan – 11, Ermənistan – 10, Bosniya və Herseqovina – 10, Lixtenşteyn – 2.

F qrupu

Norveç – Farer adaları 4:0
Qol: Reqiniussen, 4. Fossum, 8. Sorlot, 62; 65.

Rumıniya – İsveç 0:2
Qol: Berq, 18. Kayson, 34.

İspaniya – Malta 7:0
Qol: Morata, 23. Kasorla, 41. Torres, 62. Sarabia, 63. Olmo, 69. Moreno, 71. Navas, 85.

İspaniya – 23, İsveç – 18, Rumıniya – 14, Norveç – 14, Farer adaları – 3, Malta – 3.

D qrupu

İsveçrə – Gürcüstan 1:0
Qol: İtten, 77.

Danimarka – Cəbəllütariq 6:0
Qol: Skov, 12; 64. Qyutkyer, 47. Breyveyt, 51. Eriksen, 85; 90+4.

Danimarka – 15, İsveçrə – 14, İrlandiya – 12, Gürcüstan – 8, Cəbəllütariq – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest