Aç-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində Belarus yığmasına 4:0 hesabı ilə qalib gələn Almaniya milli komandası turnirin final mərhələsinə vəsiqə qazanıb. Matc.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bununla da, Bundestim tarixində 13-cü dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Bu, turnirin tarixində rekord göstəricidi.
 
Eyni zamanda, almanlar 1972-ci ildən bəri bütün Avropa çempionatlarının final mərhələsində iştirak etməyi bacarıblar.
 
Almaniya millisi tarixində üç dəfə – 1972, 1980 və 1996-cı illərdə Avropa çempionatının qalibi adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest