Azərbaycan milli komandası Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, noyabrın 19-da, saat 23:45-də Trnava şəhərindəki Anton Malatinskiy stadionunda keçiriləcək Slovakiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib:
 
18 noyabr
 
Slovakiya milli komandası
Saat 16:30. Mətbuat konfransı,  "X-Bionic Centre"
Saat 17:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, "X-Bionic Centre"
 
Azərbaycan milli komandası
Saat 19:00. Mətbuat konfransı, Anton Malatinskiy stadionu
Saat 19:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, AntonMalatinskiy stadionu
 
Qeyd: Hər iki mətbuat konfransı və məşqin saatı yerli vaxtla göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest