Bu il Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilməkdədi. Matc.az xəbər verir ki, futbol üzrə Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Sumqayıt" - "Qarabağ" matçında da bununla əlaqədar xüsusi tədbir nəzərdə tutulub.
 
Bu barədə "Sumqayıt"ın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, 22 noyabr – Sumqayıta şəhər statusunun verilməsinin 70-ci ildönümünə təsadüf etdiyindən "Sumqayıt" - "Qarabağ" oyununun başlama saatından 30 dəqiqə əvvəl azarkeşlər və şəhər ictimaiyyəti üçün stadionda musiqili proqram təşkil ediləcək.
 
Qeyd edək ki, noyabr 22-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" – "Qarabağ" matçına saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest