Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutub.
 
öncə "Zirə" "Keşlə"ni qəbul edib. Qonaqlar bu oyunda qələbə qazanmaqla liderin xal itirməsindən maksimum yararlanmağı hədəfləmişdilər. Zirəlilər isə autsayderlər qrupundan uzaqlaşmaq istəyindəydilər. Dörd qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Turun qapanış matçı "Neftçi" ilə "Qəbələ" arasında baş tutub. Paytaxt təmsilçisi ötən turdakı "Keşlə" məğlubiyyətini unutdurmaq istəyirdi. "Qəbələ" isə sonuncu pillədən qurtulmaq üçün qələbə qazanmağa borcluydu. Amma bakılılar bu oyunda böyük hesablı qələbəyə imza atmaqla yenidən ikinci pilləyə qayıdıblar.
 
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Sumqayıt" evdə "Qarabağ" (2:1), "Sabah" isə səfərdə "Səbail" (3:1) üzərində əzmkar qələbəyə sevinib.
 
Azərbaycan Premyer Liqası
XII tur
24 noyabr
 
"Zirə" – "Keşlə" 3:1
Qol: X.S.Rodriqes, 6-pen; 11. C.Hüseynov, 35 - R.Qurbanov, 45+5.
Qırmızı vərəqə: S.M.Kolli, 59.
Zirə İdman Komleksinin stadionu. Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev.


"Zirə": 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodrigez, 25. Miloş  Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 17. Robin Nqalande, 23. Mfo Kqasvane, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov

"Keşlə": 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov, 91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov

"Neftçi" – "Qəbələ" 4:1
Qol: S.Mustivar, 17. ö.Buludov, 24. S.Monroz, 34. E.Platellas, 90+1 - A.Seydiyev, 90+5.
Bakı. "Bakcell Arena". Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı.

Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 25. Kiril Petrov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 26. ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 18. Tural Axundov, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 65. Əmrah Bayramov.
Baş məşqçi: Roberto Bordin.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Azər Bağırov.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest