“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. Matc.az saytının məlumatına görə, Azərbaycan çempionu V tur çərçivəsində “Sevilya”nın qonağı olub.

A qrupunda 1-ci yeri təmin edən İspaniya təmsilçisi üçün qarşılaşma formal xarakter daşıyırdı. Ancaq "Qarabağ"ın taleyi məhz bu matçdan asılı ola bilərdi.

Çünki qrupun digər görüşündə APOEL "Düdelanj"ə məğlub edərsə, ağdamlıların İspaniyadan ən azı 1 xalla qayıtmaqdan başqa çarəsi qalmayacaqdı. Təəssüf ki, Kipr klubu Lüksemburq səfərindən qalib dönüb - 2:0. "Qarabağ" isə "Sevilya"ya uduzmaqla böyük fürsəti əldən verib.

Avropa Liqası
Qrup mərhələsi, V tur
A qrupu
28 noyabr

“Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 2:0
Qol: Brayan Xil, 61. Munas Dabbur, 90+2.
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu. 
Hakimlər: Mohammed Əl-Hakim, Fredrik Kliver, Mahbod Beigi, Martin Stromberqsson (hamısı İsveç)
Hakim-inspektor: Laurent Duhamel (Fransa). UEFA nümayəndəsi: Paul Daniel Zaharia (Rumıniya)

Sevilya: 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriso (k), 7 Roni Lopes, 9. Munas Dabbur, 11. Munir El Haddadi, 14. Çiçarito, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres.
Ehtiyat oyunçular: Tomas Vatslik, 5. Lukas Okampos, 12. Xules Kunde, 22. Franko Vaskes, 26. Xose Mena, 30. Brayan Xil, 34. Felipe.
Baş məşqçi: Xulen Lopeteqi.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 7. Araz Abdullayev, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 21. Hacıağa Hacıyev, 23. Faysal Rerras.
Baş məşqçi: Qurban Qurbanov.

 

1

Sevilya

5

5

0

0

14-0

15

2

APOEL

5

2

1

2

9-8

7

3

Qarabağ

5

1

1

3

7-10

4

4

Düdelanj

5

1

0

4

7-17

3

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest