Sabah Azərbaycan Premyer Liqasında 13-cü tura start veriləcək. Matc.az xəbər verir ki, turun ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq. "Zirə"ni qəbul edəcək "Qəbələ" mövsümün ilk yarısında çempionatdakı son ev oyununa çıxacaq.
 
"Qırmızı-qaralar" tarixində 20-ci dəfə bu rəqiblə görüşəcək. Əvvəlki 19 görüşdə 7 qələbə qazanan "Qəbələ" 8 dəfə heç-heçə edib. Yalnız 4 matçda məğlub olan "Qəbələ" 26 qol vurub, 17-sini buraxıb. Aleksey Qay "Zirə"nin qapısından hamıdan çox – 4 qol keçirib.
 
19 görüşdən 2-si kubok, 17-si Premyer Liqa çərçivəsində keçirilib. çempionatda 5 qələbə əldə edən "qırmızı-qaralar" 8 dəfə bir xalla kifayətlənibsə, 4 matçdan məğlub ayrılıb. "Qəbələ" top fərqində də üstünlüyə malikdi – 19-15.
 
Qəsəbə klubunu 10-cu dəfə qonaq edəcək "Qəbələ" öz meydanında 4 qələbə qazanıbsa, eyni sayda heç-heçə edib və yalnız bir dəfə uduzub. Bu matçlarda 13 qol vuran "qırmızı-qaralar" 7 top buraxıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest