"Roma" İtaliya A Seriyasının 15-ci turunda "İnter"in qonağı olacaq. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi sözügedən qarşılaşmaya ciddi itkilərlə çıxacaq. 
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Xavyer Pastore və Castin Klyuvertin zədə səbəbindən "İnter"lə matçda forma geyinməyəcəyi bildirilir. Edin Dzekonun durumu isə oyun vaxtı bilinəcək. Buna onun yüksək temperaturla əlaqədar son məşqlərdə iştirak etməməsi səbəb göstərilir.
 
Sabah keçiriləcək "Roma" – "İnter" matçına saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest