Futbol üzrə Türkiyə kubokunda 5-ci mərhələnin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha beş görüş baş tutub.

"Qaziantep" səfərdə "Kırklarelispor"a uduzub. "Kayserispor" "Manisaspor"u, "Rizəspor" "Samsunspor"u məğlub yola salıb. Səkkiz qolun qeydə alındığı "Altınordu" – "Dənizlispor" matçında qonaqlar qələbə qazanıblar. "Beşiktaş" isə "Ərzincanspor"u darmadağın edib.

Bu mərhələnin cavab görüşləri dekabrın 17, 18 və 19-da baş tutacaq.

Türkiyə kuboku, 5-ci mərhələ

3 dekabr

Karagümrük – Göztəpə 1:2
Yeni Malatyaspor – Keçiörengücü 3:1
Alanyaspor – Adanaspor 5:1
Erokspor – Sivasspor 0:2
Fənərbaxça – İstanbulspor 4:0

4 dekabr

Trabzon – Başakşəhər 0:1
Eyüpspor – Antalyaspor 0:3
Kasımpaşa – Vanspor 2:1
Ərzurumspor – Bursaspor 4:2
Altay – Trabzonspor 1:2
Qalatasaray – Tuzlaspor 0:2

5 dekabr

Kırklarelispor – Qaziantep 2:1
Kayserispor – Manisaspor 3:2
Altınordu – Dənizlispor 3:5
Rizəspor – Samsunspor 3:2
Beşiktaş – Ərzincanspor 3:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest