İngiltərə Premyer Liqasının XV turunda "Brayton"u qəbul edən "Arsenal" 1:2 hesabı ilə məğlub olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "topçular" bütün turnirlərdə artıq 9 oyundu qələbə qazana bilmir.

London təmsilçisi bu qarşılaşmaların 6-da heç-heçə edib, 3 dəfə məğlub olub. Bu, "Arsenal"ın son 42 ildə ən uğursuz seriyasıdı. Komanda 1977-ci ilin fevral-mart aylarında ümumilikdə 10 qarşılaşmada qələbə üzü görməmişdi.

Qeyd edək ki, "Arsenal" hazırda 19 xalla Premyer Liqada 10-cu pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest