Podqoritsa şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Monteneqronun eyni yaş qrupuna aid komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.

Matc.az saytının məlumatına görə, qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında dekabrın 4-də keçirilmiş ilk oyunda yığmamız 1:0 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest