"Santos" klubu baş məşqçisi Xorxe Sampaoli ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı Braziliya klubu rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, argentinalı mütəxəssis səhər rəhbərliklə görüşündə istefa verib. Hələlik onun işi klubun kadrlar şöbəsinə həvalə edilib.

Qeyd edək ki, ötən ilin dekabrında "Santos"un baş məşqçisi təyin olunan Xorxe Sampaoli komandaya 2-ci yeri qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest