Voleybol üzrə kişi və qadın komandalar arasında keçiriləcək Azərbaycan çempionatının başlama vaxtı müəyyənləşib. Dairəvi sistemlə keçiriləcək birinciliyə dekabrın 14-də start veriləcək. Kişilərin çempionatında 7 klub mübarizə aparacaq.

Voleybol üzrə kişi və qadın komandalar arasında keçiriləcək Azərbaycan çempionatının başlama vaxtı müəyyənləşib. Matc.az saytının məlumatına görə, birinciliyə dekabrın 14-də start veriləcək.

Kişilərin çempionatında 7 klub mübarizə aparacaq. Bunlar "Lokomotiv", "Neftçi", MOİK, "Sərhədçi", "Hilasnici", "Azərreyl" və Gürcüstan yığmasıdı. Qadınların çempionatında isə  klub - "Lokomotiv", "Abşeron", "Mübariz", "Azərreyl", UNEC və Gürcüstan yığması yarışacaq.

Oyunlar 5 arenada - Hövsan Olimpiya Kompleksi, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, "Lokomotiv", AVF, FHN-in idman zalında keçiriləcək. çempionat 2 dövrəlik dairəvi sistemlə keçiriləcək. Final mərhələsi Bakı İdman Sarayında təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest