"Tottenhem" çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Bavariya" ilə qarşılaşacaq. Matc.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Joze Mourinyo Almaniya səfərinə bir neçə futbolçusunu aparmayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bunlar Harri Keyn, Dele Alli, Yan Vertongen və Serj Oryedi. Mourinyo bu futbolçulara istirahət verib və onları Londonda saxlayıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Bavariya" – "Tottenhem" matçı saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest