“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, “Sabah”la oyundan (2:0) sonra iki günlük istirahətə buraxılan komanda bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. 
 
Məşqdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah da bir məşqlə davam edəcək.
 
Xatırladaq ki, dekabrın 16-sı “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyunu saat 18:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest