İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu və baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, hər iki nominasiya üzrə qaliblər “Liverpul”dan olub.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Ən yaxşı futbolçu adına Sadio Mane layiq görülüb. Seneqallı hücumçu ötən ay iştirak etdiyi 7 oyunda 3 qol vurub. Premyer Liqada noyabrın ən yaxşı baş məşqçisi Yurgen Klopp seçilib.

Qeyd edək ki, “Liverpul” hazırda Premyer Liqada 46 xalla liderdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest