Futbol üzrə Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub. 

“Bavariya” “Verder”lə ev oyununda darmadağına sevinib. Dortmund “Borussiya”sı da “Maynts”la səfər oyunundan 4 cavabsız qolla qalib ayrılıb.

“Köln” “Bayer”i, “Herta” “Frayburq”u məğlub yola salıb. “Herta” – “Paderborn” matçında heç-heçə qeydə alınıb. “Fortuna” da evdə “Leyptsiq”ə böyük hesabla uduzub.

Almaniya Bundesliqası
15-ci tur

13 dekabr

Hoffenhaym – Auqsburq 2:4
Qol: Skov, 14. Lokadia, 80 – Maks, 11; 51-pen. Yensen, 56. Yaqo, 85.

14 dekabr

Bavariya – Verder 6:1
Qol: Koutinyo, 45; 63; 78. Levandovski, 45+4; 72. Müler, 75 – Raşiça, 24.

Köln – Bayer 2:0
Qol: Kordoba, 73. Bornau, 84.

Herta – Frayburq 1:0
Qol: Darida, 53.

Maynts – Borussiya (Dortmund) 0:4
Qol: Roys, 32. Sanço, 66. Hazard, 69. Şults, 84.

Herta – Paderborn 1:1
Qol: Proqer, 33 – İnqvartsen, 7.

Fortuna – Leyptsiq 0:3
Qol: Şik, 2. Verner, 58-pen. Mukiele, 75.

15 dekabr

18:30 Volfsburq – Borussiya (Münhenqladbax)
21:00 Şalke – Ayntraxt

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest