Hər iki yarışda 12 komanda mübarizə aparacaq. Qadınlardan ibarət Azərbaycan yığması da final mərhələsinə birbaşa qatılmaq hüququna yiyələnib. Doğrudur, komandamız son Avropa çempionatını 10-cu yerdə bitirib. Ancaq millimizi qabaqlayan 9 ölkədən 2-si ev sahibləri arasında olduğundan, voleybolçularımız yarışda iştirak hüququ qazanan 8 komanda sırasına düşüb.

Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadınlar və kişilər arasında keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək komandaların adlarını açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycan millisi də yer alıb.

Hər iki yarışda 12 komanda mübarizə aparacaq. Qadınlardan ibarət Azərbaycan yığması da final mərhələsinə birbaşa qatılmaq hüququna yiyələnib. Doğrudur, komandamız son Avropa çempionatını 10-cu yerdə bitirib. Ancaq millimizi qabaqlayan 9 ölkədən 2-si ev sahibləri arasında olduğundan, voleybolçularımız yarışda iştirak hüququ qazanan 8 komanda sırasına düşüb.

Qadınların çempionatında Serbiya, Bolqarıstan, Xorvatiya, Rumuniya (ev sahibləri), Türkiyə, İtaliya, Polşa, Niderland, Almaniya, Rusiya, Belçika və Azərbaycan mübarizə aparacaq.

Kişilərin yarışına isə Polşa, çexiya, Finlandiya, Estoniya (ev sahibləri), Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika qatılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest