Millətlər Liqasında VI tura start verilib. Matç.az saytı xəbər verir ki, turun ilk günündə 4 liqanın 5 qrupunda 7 qarşılaşma baş tutub.

A liqasının 2-ci qrupunda İsveçrə ilə Belçika 1-ci yerin sahibini müəyyənləşdirib. Belçikalılar səfərdə iki erkən qol vursalar da, ev sahibləri bunun əvəzini artıqlaması ilə çıxıblar. Bununla İsveçrə "Dördlər finalı"na vəsiqə qazanıb.

4-cü qrupda İngiltərə Xorvatiyanı qəbul edib. Qalib komanda həlledici raunda yüksələcəkdi. Matçda hesabı xorvatlar açsa da, "Dumanlı Albion" təmsilçisi iki qol vuraraq əzmkar qələbə qazanıb və Portuqaliyada keçiriləcək "Dördlər finalı"na adlayıb. Qrupu sonuncu pillədə tamamlayan Xorvatiya isə B Liqasına yuvarlanıb.

B və C liqalarında baş tutan bugünkü görüşlər formal xarakter daşıyıb. çünki oyunları keçirilən qruplarda həm qalib, həm sonuncu yerin sahibi öncədən bəlli idi.

D liqasında 2-ci qrupun qalibi bilinib. Belarus və Lüksemburqun qiyabi mübarizədən birincilər üstün ayrılaraq, C liqasına adlayıblar. Beləliklə, Azərbaycan millisinin də mübarizə apardığı bu liqada Gürcüstandan sonra Belarus da pley-offa adlayıb.

Millətlər Liqası

VI tur

18 noyabr

A Liqası

2-ci qrup

İsveçrə - Belçika - 5:2

Rodriges, 26 (pen.), Seferoviç, 31, 44, 84, Elvedi, 62 - Torqan Azar, 2, 17

1

İsveçrə

4

3

0

1

15-5

9

2

Belçika

4

3

0

1

9-6

9

3

İslandiya

4

0

0

4

1-13

0

4-cü qrup

İngiltərə - Xorvatiya - 2:1

Linqard, 78, Keyn, 86 - Kramariç, 57

1

İngiltərə

4

2

1

1

6-5

7

2

İspaniya

4

2

0

2

12-7

6

3

Xorvatiya

4

1

1

2

4-10

4

B Liqası

3-cü qrup

Şimali İrlandiya – Avstriya - 1:2

Evans, 57 - Şlager, 49, Lazaro, 90+3

1

Bosniya H.

4

3

1

0

5-1

10

2

Avstriya

4

2

1

1

3-2

7

3

Ş.İrlandiya

4

0

0

4

2-7

0

C Liqası

2-ci qrup

Macarıstan – Finlandiya - 2:0

Szalai, 29, Naqi, 37

Yunanıstan – Estoniya - 0:1

Lambropulos, 44 (avtoqol)

1

Finlandiya

6

4

0

2

5-3

12

2

Macarıstan

6

3

1

2

9-6

10

3

Yunanıstan

6

3

0

3

4-5

9

4

Estoniya

6

1

1

4

4-8

4

D Liqası

2-ci qrup

San-Marino – Belarus - 0:2

Draqun, 8, Saroka, 52

Moldova – Lüksemburq - 1:1

Ginsari, 58 (pen.) - Bensi, 70

1

Belarus

6

4

2

0

10-0

14

2

Lüksemburq

6

3

1

2

11-4

10

3

Moldova

6

2

3

1

4-5

9

4

San-Marino

6

0

0

6

0-16

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest