Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilir. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha üç görüş baş tutub.
 
“Kasımpaşa” “Alanyaspor”la ev oyunundan qalib ayrılsa da, növbəti mərhələyə qonaq komanda yüksəlib. Dörd qolun qeydə alındığı “Göztəpə” – “Antalyaspor” matçında da sevinən tərəf qonaqlar olub. “Beşiktaş” isə səfərdə 2:3 uduzduğu aşağı liqa təmsilçisi “Ərzurumspor”a doğma meydanda da eyni hesabla uduzmaqla mübarizəni dayandırıb.
 
Türkiyə kuboku
1/8 finalın cavab oyunları
 
21 yanvar
 
Kırklarelispor – Başakşəhər 0:0 (ilk oyun 1:1)
Fənərbaxça – Kayserispor 2:0 (0:0)
 
22 yanvar
 
Kasımpaşa – Alanyaspor 3:2 (1:3)
Göztəpə – Antalyaspor 2:2 (3:4)
Beşiktaş – Ərzurumspor 2:3 (2:3)
 
23 yanvar
 
15:00. Yeni Malatyaspor – Sivasspor (0:4)
18:00. Dənizlispor – Trabzonspor (0:2)
21:30. Qalatasaray – Rizəspor (1:1)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest