Azərbaycan Kiber İdman Federasiyasının və AFFA-nın dəstəyi ilə yanvarın 25-də, saat 11:00-da "Nizami e-Sports Arena"da (Nizami kinoteatrı) futbol üzrə PES2020 təşkil olunacaq. Matc.az xəbər verir ki, turnirə qeydiyyat yanvarın 15-dən 22-dək olan müddəti əhatə edib. İştirak üçün müraciət etmiş 814 nəfər arasında qeydiyyatdan keçmiş ilk 256 nəfər e-Milli seçimlərdə öz bacarığını göstərmək şansı qazanıb.
 
Yanvarın 25-də isə yarışın püşkatması keçiriləcək. Turnir PES2020 qaydaları əsasında təşkil olunacaq.
 
Qeyd edək ki, iştirakçıların seçimi olimpiya sistemi əsasında aparılacaq. Yarışın qaydaları ilə tanış olmaq üçün http://emilli.az/ səhifəsində qaydalar düyməsinə klikləməklə məlumat əldə edə bilərsiniz.
 
e-Milli seçimlərdə ilk 4 yerin sahibi e-Milli yığmanın heyətini təşkil edəcək və qaliblərə AFFA tərəfindən e-Milli yığmanın formaları, eləcə də "PlayStation 4" oyun konsolu təqdim olunacaq. E-Milli komadamızın üzvləri ikisi əsas, ikisi ehtiyat üzv olmaqla ilk e-Avro ilə yanaşı, müxtəlif çempionatlarda, yoldaşlıq görüşlərində Azərbaycanı təmsil etmək şansı qazanacaqlar. Seçmə mərhələsi mart-may aylarında keçiriləcək e-Avropa çempionatında millimiz Slovakiya, Yunanıstan, Finlandiya və Norveçlə birgə D qrupunda mübarizə aparacaq. 55 iştirakçı ölkə arasından 16 e-Milli komanda 9-10 iyul tarixlərində final mərhələdə iştirak etmək uğrunda yarışacaq və Londonda baş tutacaq final mərhələsində ilk e-Avro-nun qalibini təyin edəcəklər.
 
Ətraflı məlumatı www.emilli.az/ saytından əldə edə bilərsiniz. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest