Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununa çıxıb. “Ağ-qaralar” “Desna” klubu ilə qarşılaşıb

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, “ağ-qaralar” “Desna” klubu ilə qarşılaşıb.
 
Ukrayna təmsilçisi ilə oyuna saat 18:00-da start verilib. Üç qolun qeydə alındığı matçda "ağ-qaralar" növbəti məğlubiyyətə üzülüblər.
 
“Neftçi” Antalyada keçirdiyi əvvəlki yoxlama oyunlarında Polşanın “LKS Lodz” klubuna 0:4, Kiyev “Dinamo”suna da 1:2 hesabıyla uduzmuşdu.
 
Yoxlama oyunu
24 yanvar
 
Neftçi – Desna 1:2
Qol: Stiven Monroz, 66.
Antalya, “Emir Hotels Spor Kompleksi”nin stadionu.
 
Neftçi: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 9. Baqali Dabo, 11. Vangelis Platellas, 15. Saman Nəriman Cahan, 18. Tural Axundov, 36. Mamadu Kane, 77. Donald Gerye.
 
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 5. Anton Krivotsyuk, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Nabi Silla, 28. Stiven Monroz, 33. Turan Vəlizadə.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest