"Mançester Yunayted"in baş məşqçisi Ole Quner Sulşer komandanın uğursuz gedişatı ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, norveçli mütəxəssis yaxşı heyət formalaşdırmaq üçün zamana ehtiyac olduğunu söyləyib.

"Digər komandaların yaxşı çıxış etdiyini görürük. Kopp hazırkı heyəti 4 ilə yığıb və onlar indi çox yaxşı çıxış edirlər. Əlbəttə, transferə ehtiyacımız var. Ancaq bilirsiniz ki, yanvar ayında oyunçu tapmaq çətin olur. Ona rəğmən, yenə də komandanın vəziyyətini düzəltmək üçün hər şeyi edəcəyik"- deyə, Sulşer bildirb.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 24 xalla 5-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest