Türkiyə Kubokunun ¼ final mərhələsinin püşkü atılıb. Matc az xəbər verir ki, son çempion "Qalatasaray" "Alanyaspor"la, "Fənərbaxça" isə "Kırıklarelispor"a qarşılaşacaq.
Digər cütlükləri nəzərinə çatdırırıq:
"Trabzonspor" - "Ərzurumspor"
"Kırklarelispor" - "Fənərbaxça"
"Antalyaspor" - "Sivasspor"
"Alanyaspor" - "Qalatasaray"
Yarımfinalın püşkü
"Trabzonspor" / "Ərzurumspor" - "Kırklarelispor" / "Fənərbaxça"
"Antalyaspor" / "Sivasspor" - "Alanyaspor" / "Qalatasaray"
1/4 finalın ilk oyunları 4-5-6 fevralda, cavab oyunları isə 11-12-13 fevralda keçiriləcək.