Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib. Matc.az xəbər verir ki, I dövrə çərçivəsində baş tutan görüşdə "Mübariz" "Abşeron"u sınağa çəkib.
 
Görüşdə ilk seti Eldar Yusubovun komandası qazanıb. Ardınca "Mübariz" hesabı bərabərləşdirsə də, daha təcrübəli "Abşeron" mövsümdə ilk qələbəsini qazanıb - 3:1 (25:23, 24:26, 25:17, 25:15).
 
Nəticədə 2 oyuna 3 xal qazanan "Abşeron" 3-cü yerə yüksəlib. 3 matçdan sonra aktivində 3 xalı olan "Mübariz" isə 4-cü pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest