“Atletiko”nun prezindenti Enrike Seresso komandanın uğursuz gedişatı ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, klub rəhbəri baş məşqçi Dieqo Simeoneni müdafiə edib:

“Bu tənqidləri başa düşmürəm. Simeone bizə ən çox kubok qazandıran məşqçidir. Xatırlayın ki, İspaniyada 8 ildir bir klubda çalışan başqa bir məşqçi yoxdur”.

Qeyd edək ki, Madrid təmsilçisi bu yaxınlarda III divizion komandasına məğlub olaraq İspaniya kuboku ilə vidalaşıb. Komandanın bu ilki çıxışından sonra argentinalı baş məşqçi kəskin tənqid olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest