"Millimizin baş məşqçi vəzifəsinə 32 namizəd var". Matc.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, İcraiyyə Komitəsinin növbəti iclasında siyahıda yer alan məşqçilərin sayı azaldılacaq: "32 namizədin heç biri ilə danışıqlar aparılmayıb. Siyahı İcraiyyə Komitəsinə təqdim olundu. Növbəti iclas zamanı sayı 32-dən 15-ə, yaxud 13-ə endirilməsi gözlənilir. Müxtəlif fikirlər səsləndi. Bəziləri tanınmış məşqçinin, bəziləri daha əvvəl köməkçi kimi çalışmış mütəxəssisin gətirilməsini istəyir. ölkəmizdə çalışan əcnəbi mütəxəssisin, yaxud qonşu ölkələrdən məşqçinin gətirilməsini istəyənlər də var".

Azərbaycan milli komandasında son olaraq "sükan arxasında" xorvatiyalı mütəxəssis Nikola Yurçeviç olub. Onun AFFA ilə müqaviləsi ötən ilin sonunda başa çatıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest