“Valensiya”nın hücumçusu Rodriqo Moreno “Barselona”ya keçmək üzrədir. Matc.az xəbər verir ki, tərəflər bu gün danışıqlara başlayır.
 
İspaniya mətbuatı transfer barədə yazır ki, “yarasalar” Kataloniya təmsilçisindən oyunçu üçün 50-60 milyon arası avro tələb edir. Ancaq “Barselona” rəhbərliyi bu rəqəmin çox olduğunu bildirir.
 
Xəbərdə  kataloniyalıların Moreno üçün 20 milyon avro və Nelson Semedunu təklif edəcəyi qeyd edilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest