İtaliyanın "Roma" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu A Seriyasının digər təmsilçisi "Atalanta"dan müdafiəçi Rocer İbanesi heyətinə cəlb edib.
 
Bu barədə "sarı-qırmızılar"ın rəsmi saytı məlumat yayıb. "Roma" braziliyalı mərkəz müdafiəçisini 2021-ci ilin yayına kimi icarəyə götürüb. Ondan sonra paytaxt klubu "Atalanta"ya əlavə 8 milyon + 2 milyon bonus ödəməklə futbolçunun transfer hüquqlarına da sahib çıxa biləcək.
 
22 yaşlı müdafiəçi "Roma"da 41 nömrəli formanı geyinəcək.
 
İbanes "Atalanta"ya 2019-cu ildə "Fluminense"dən transfer olunsa da, bu komandada möhkəmlənə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest