Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. 
 
“Tenerife” La Liqa təmsilçisi “Atletik”lə qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Atletik” 1/4 finala yüksəlib.
 
“Real” bu mərhələdə “Saraqosa”yla, “Barselona” isə “Leqanes”lə qarşılaşacaq.
 
İspaniya kuboku
1/8 final
28 yanvar
 
Tenerife – Atletik 3:3 (penaltilər 2:4)
 
29 yanvar
 
22:00. Leonesa – Valensiya
22:00. Rayo Valyekano – Vilyarreal
00:00. Badaxos – Qranada
00:00. Real Sosyedad – Osasuna
00:00. Saraqosa – Real
 
30 yanvar
 
22:00. Barselona – Leqanes
00:00. Mirandes – Sevilya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest