"Benfika"nın futbolçusu Qabriel karyerasını dayandırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Buna 26 yaşlı yarımmüdafiəçinin görməsində problem yaranması səbəb olub.
 
Portuqaliya kubokunun "Famalikao" ilə matçından (3:2) sonra gözündən şikayətlənən və həkimlər tərəfindən müayinə olunan Qabrielin beyin sinirlərində problem olduğu ortaya çıxıb.
 
Futbolçunun həkim nəzarətində olacağı və problemlərin həllindən sonra yenidən futbola başlayacağı bildirilib.
 
Karyerası ərzində "Yuventus", "Livorno", "Leqanes" kimi klublarda çıxış edən Qabriel, 2018-ci ildən "Benfika"dadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest