"Liverpul"un kapitanı Jordan Henderson Filipp Koutinyonun geri dönməsi ilə bağlı söz-söhbətlərə münasibət bildirib. Matc.az xəbər verir ki, o, braziliyalının komandadakı vaxtının bitdiyini açıqlayıb:

"Flipp mənim yaxşı dostumdur. O, müstəsna bir futbolçudur. Onun içində çox yüksək futbol sevgisi var. Əlbətdə ki, həmişə Koutinyonun dönməsinə sevinərəm. Amma bu qərarı mən verə bilmərəm. Yəqin ki, bunu müdirdən soruşmaq daha yaxşıdır. Bütün "Liverpul" oyunçuları onu sevirdi, buna görə hər kəs onun geri dönməsini istəyər. Ancaq  mənə elə gəlir ki, onun buradakı vaxtı çoxdan başa çatıb".

Qeyd edək ki, Koutinyo "Liverpul"dan "Barselona"ya keçmişdi

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest