"Barselona"nın sabiq prezidenti Xuan Laporta klubun hazırkı rəhbərliyini istefaya çağırıb. Matc.az saytının məlumatına görə, buna səbəb komanda rəhbərliyinin futbolçuları tənqid etmək üçün hansısa şirkətlə əməkdaşlıq etmələri barədə yayılan xəbərlərdi: "Klubun bu cür mafiya metodlarından istifadə etməsi acınacaqlıdır. Bu, onların səriştəsizliyini bir daha təsdiqləyir. Rəhbərlik hazırda təlaşdadır və hər şeyi gizlətməyə çalışır. Onlar istefa verməlidir".

"Barselona" nümayəndələri 1 milyon avro qarşılığında şirkətlərdən biri ilə əməkdaşlıq faktını təsdiqləyib. Ancaq həmin şirkətin sosial şəbəkələrdə bu cür fəaliyyəti rədd olunub. Klub rəhbərliyi xəbəri yayan portaldan üzr istəməyi tələb edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest