"Sumqayıt" bu gündən etibarən "Qarabağ"la oyunun hazırlığına start verib.
 
Matc.az xəbər verir ki, zədəsini sağaldan Vüqar Mustafayev və Şəhriyar Əliyev kollektivlə birgə məşqlərə başlayıb.
 
Bundan başqa, əvəzedici heyətin bir neçə futbolçusu da hazırlığa cəlb olunub.
 
1.5 saat davam edən hazırlıq prosesinin ilk hissəsində fiziki gücün artırılması yönündə məşqlər edilib. Daha sonra, müxtəlif toplu çalışmalar icra edilən məşqə ikitərəfli oyunla yekun vurulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest